Təhsil Nazirliyi tərəfindən pandemiya müddətində orta məktəblərdə dərslərin davam etdirilməsi məqsədi ilə “Virtual məktəb” platforması istifadəyə verilib.
Bu platformada şagirdlər üçün “Microsoft Teams” üzərindən hesablar açılır və onlar məktəb rəhbərliyi tərəfindən qurulmuş elektron siniflərə əlavə edilərək onlayn dərslərdə iştirak edirlər.
Bu zaman əksər şagirdlərin yaşadığı əsas problem hesaba daxil olmaq üçün təyin etdikləri şifrənin unudulması olur.
AzEdu.az xəbər verir ki, “Microsoft Teams”da şifrəni bərpa etmək və ya dəyişmək üçün aşağıdakıları edə bilərsiz:
1.İlk olaraq Google – da “Virtual məktəb”in saytına daxil olursuz. Açılacaq səhifədə Virtual məktəbə daxil ol hissəsini seçirsiz. Sign in yazılmış hissədə məktəb tərəfindən sizə təyin edilən e-male (məsələn: [email protected]) ünvanını qeyd edin. Daha sonra next (növbəti) yazılan hissəni seçin. Yeni açılan səhifədə sizdən parolu daxil etməyiniz tələb ediləcək. Şifrəni unutduğunuz üçün səhifənin ən aşağısında qeyd edilən Forgot my password (şifrəni unutmuşam) hissəsini seçin.
2.Daha sonra “Virtual məktəb”ə daxil olanın və şifrəni bərpa etməyə çalışanın həqiqətən siz olduğunuzu təsdiqləmək üçün bir sınaq təqdim ediləcək. Açılan səhifənin User ID hissəsində məktəb tərəfindən sizə təyin edilən e-male –i qeyd edilib. E-malenin aşağı hissəsində böyük və fərqli şriftlə hərf və rəqəmlərdən ibarət bir yazı, yəni təhlükəsizlik kodu təqdim ediləcək. O yazıda gördüyünüz hərf və rəqəmləri aşağıda verilmiş boş xanaya olduğu kimi qeyd edin. Bu, platformaya daxil olanın və şifrəni dəyişənin siz olduğunuzu müəyyənləşdirmək üçün təhlükəsizlik tədbiridir. Səhv qeyd etdiyiniz təqdirdə sizə yeni təhlükəsizlik kodu təqdim ediləcək, narahat olmayın və o kodu əvvəl olduğu kimi eyni şəkildə qeyd edin.
3.Daha sonra nexti seçməklə yazdığınız kodu təsdiq edin. Kod təsdiq edildikdən sonra növbəti səhifə açılacaq. Açılan səhifədə məktəb tərəfindən sizə təyin edilən deyil, sizin “Virtual məktəb”də qeydiyyatdan keçdiyiniz öz e-malenizə kod göndərilməsi üçün aşağıda qeyd edilən Emale hissəsinə toxunun. Bu zaman virtual məktəbə qeydiyyatdan keçdiyiniz Emaleyə rəqəmlərdən ibarət kod (məsələn: 861345) göndəriləcək. E-malenizə baxın və oraya göndərilən yeni kodu “Virtual məktəb”də açılan növbəti səhifədə sizdən tələb edilən Enter your verification code hissəsinə qeyd edin və nexti seçərək təsdiq edin.
4.Artıq siz öz hesabınıza yeni şifrə təyin edə bilərsiz. Bunun üçün açılan növbəti hissədə Enter new password yazılan xanada hərf və rəqəmlərdən ibarət yeni təyin etmək istədiyiniz şifrəni qeyd edin. Aşağı hissədə Confirm new password yazılan xanada təyin etdiyiniz yeni şifrəni bir daha qeyd edin. Bu sizin təyin etdiyiniz yeni şifrəni təsdiq etmək üçündür. Daha sonra bir daha nexti seçin. Yeni açılacaq səhifədə Get back into your account (Hesabını bərpa et) yazılıb. Səhifədə verilən cümlənin sonunda click here yazılan hissəyə daxil olun.
Və siz Sign in yazılan hissəyə məktəb tərəfindən təyin edilən emaleni, nexti seçdikdən sonra açılan səhifədə isə yeni təyin etdiyiniz şifrəni qeyd edərək öz Microsof Teams hesabınıza rahatlıqla daxil ola bilərsiz.
Qeyd edək ki,unutduğunuz şifrəni bərpa etmək üçün buraya daxil olaraq video formatda izahla tanış ola bilərsiniz.