“Əziz müəllimlər çalışın ki, dərs cədvəli dəyişməz qalsın. Şagirdlər bilsin ki, növbəti bir ay ərzində hansı qrafiklə dərslərə qoşulacaq”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin "Təməl" proqramı: Məsafədən təhsildə yeni reallıqlar mövzusunda keçirilən onlayn müzakirəsi zamanı nazirliyin şöbə müdiri Vəfa Yaqublu bildirib. O, müəllimlərin ənənəvi təhsildə olduğu kimi cədvəlin tərtibinə ciddi yanaşması gərəkdiyini vurğuladı:
“Belə olduqda pərakəndəlik olmayacaq. Vistual dərslərin dəyişməz cədvəlki olmalıdır”.