2018/2019-cu dərs ilinə dövlət ümumtəhsil məktəblərinin XI sinifləri üçün ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında bütün fənlər üzrə yeni dərsliklər və metodik vəsaitlər tərtib edilib.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, yeni tədris ili üçün ümumilikdə 68 adda olmaqla hazırlanan dərslik və metodik vəsaitlər, tədrisi azərbaycan, rus və gürcü dillərində aparılan bütün dövlət ümumtəhsil məktəblərinə aid edilir.
Qeyd edək ki, həmçinin tədrisi Azərbaycan və rus dillərində aparılan dövlət ümumtəhsil məktəblərinin istifadəsində olan II, III və VII siniflərin bütün fənləri üzrə ümumilikdə 142 adda olmaqla dərsliklər və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər əsaslı şəkildə təkmilləşdirilərək yenidən nəşr edilib.