Azərbaycan Respublikasının vətandaşlarından Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusuna dəstək məktubları gəlməkdə davam edir. Bu dəstəyə paytaxt və rayon məktəbliləri də qoşulub.
AzEdu.az Bakı məktəblisi Ağacanlı Zəminə Vüqar qızının Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə ünvanladığı məktubu təqdim edir:
“Salam,Cənab Prezident. Mən Ağacanlı Zəminə Vüqar qızı Bakı şəhər Xətai rayon 55 saylı tam orta məktəbin 3-cü sinif şagirdiyəm. Mən hər gün sizi televizordan izləyirəm. Sizin verdiyiniz hər bir şad xəbər məni və ailəmi çox sevindirir. Ali Baş Komandan sizi çox istəyirəm. Yaxşı ki, siz Azərbaycanın prezidentisiniz. Sizin sayənizdə bizim güclü ordumuz var. Biz sizə arxalanırıq. İnanırıq ki, torpaqlarımızın hamsını geri qaytaracaqsınız. Döyüşdə olan əsgərlərimizi də, sizi də Allah qorusun. İnşAllah tezliklə öz torpaqlarımıza qayıdacağıq. Sizdən yeni - yeni şad xəbərlər gözləyirik. Bizi tez - tez sevindirin. Bir daha özüm və ailəmin adından sizə təşəkkürümüzü bildiririk. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!