Oktyabrın 29-da ölkə Prezidenti cənab İlham Əliyev "2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb.
AzEdu.az xəbər verir ki, sərəncama əsasən, 2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.