Distant təhsil dərsdəki davranış qaydalarına da təsir etdi. Türkiyədə Orta Şərq Texniki universitetinin Uzaqdan Təhsil mərkəzinin rəhbəri prof. Kürşad Çağıltay yeni sistemdə müəllim və şagirdlərin diqqət etməsi gərəkən məqamları açıqladı. AzEdu.az türk mediasına istinadən, həmin vacib detalları təqdim edir:
1.Kameraya baxın. Siniflə göz kontaktı qurun. Ətrafdakı gözlərə baxmağa çalışsanız, onlar sizi fərqli istiqamətə baxan kimi görəcək. Bu səbəbdən kameraya baxın.
2.Dərslərə uyğun geyimlə qatılın. Həm şagirdlərin, həm də müəllimlərin geyim mövzusuna diqqət etməsi lazımdır. Üz-üzə təhsildə olduğu kimi dərsə uyğun geyimlə qatılmalıyıq. Pijama və sport geyimlərlə kamera qarşısına keçməyin.
5.Sadəcə dərs anlatmayın. Müəllimlərə uzun-uzun dərs izah etməmələri gərəkdiyini deyirik. Üz-üzə təhsildə də sadəcə mövzunun izahı sıxıcı olur. Praktikaya önəm verin, məsələn, misal-məsələ həll edin. Kiçik ekrandan uzun müddət dərs dinləyən şagirdin yuxusu gəlir.