Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan İsmayılzadə oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində həlak olub. RTŞ-nin rəhbəri Yaşar Məhərrəmov erməni terror nəticəsində həlak olan Orxandan yazdı. AzEdu.az həmin fikirləri təqdi edir:
“Tərtər Rayon Təhsil Şöbəsi və Tərtər ictimaiyyəti adından bütün bəşəriyyətə, insanlara, özündə insanlıq, atalıq, analıq hissini yaşada bilən( əgər varsa) vicdanlı ermənilərə müraciət edirəm:
Bu şagirdin, yeniyetmənin günahı nə idi?
Allah götürəcəkmi?
Tərtər rayon Xoruzlu kənd tam orta məktəbinin x sinif şagirdi Orxanın nə qədər arzuları var idi?
Allah rəhmət etsin”!