Azedu.az

Erməni terrorundan ciddi zərər çəkən Gəncə məktəbinin direktoru: “Özümüz təmir edərik”

Məktəblər

12 Oktyabr 2020, 12:18
Erməni terrorundan ciddi zərər çəkən Gəncə məktəbinin direktoru: “Özümüz təmir edərik”

 

 “Məktəbin 54 pəncərəsi qırılıb və bu da 110 kvadrat metrlik sahəyə zərər vurub”.

 

Bunu AzEdu.az-a açıqlamasında Gəncə şəhər 42 nömrəli tam orta məktəbin direktoru Nahidə İskəndərova deyib.

 

Belə ki, ermənilərin 11 oktyabrda Gəncə şəhərində törətdiyi terror aktı nəticəsində zərər görən mülki obyektlər arasında  şəhərin 42 nömrəli məktəbi də olub.

 

Direktor hadisənin təfərrüatları haqqında məlumat verib: 

 

“Hadisə 11 oktyabr gecə saat 02:00 radələrində baş verib. Mənfur ermənilərin Gəncə ərazisinə atdığı roket nəticəsində məktəbimizə zərər dəyib. Onun 54 pəncərəsi qırılıb və bu da 110 kvadrat metrlik sahəyə zərər dəyib. 12 pəncərə çərçivəsi sınaraq sıradan çıxıb. İnsan resursu baxımından isə heç kim xəsarət almayıb.

 

Məktəbin şagird və müəllim kollektivinin ümumi sayı 300 nəfərdir. Onlardan 41 nəfərini müəllimlər təşkil edir. Təhsil müəssisəmizdə əyani tədris davam edirdi, lakin o, yenidən təmir edilsə, dərs prosesi qaldığı yerdən davam edə bilər. Ən çox zərər isə 2 və 3-cü mərtəbəyə dəyib, 1-ci mərtəbə isə tədrisə yararlı vəziyyətdədi. Lakin lazım olsa, özümüz də pul toplayaraq  təmir prosesini həyata keçirə bilərik”.

 

 

 

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox