Azedu.az

Yeni direktor təyin olunan şəxslə əmək müqaviləsi nə qədər müddətə bağlanılır?-SƏNƏD  

8 Oktyabr 2020, 13:00
Yeni direktor təyin olunan şəxslə əmək müqaviləsi nə qədər müddətə bağlanılır?-SƏNƏD  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqənin nəticəsinə əsasən, vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanılır.

 

Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.

Putin Trampın Ukrayna ilə bağlı təklifinə RAZILIQ VERDİ
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox