Azedu.az

Nazir məktəblərdə hərbi hazırlıq dərslərinin keçirilməsindən danışdı

Məktəblər

Maraqlı

Elm və Təhsil Nazirliyi

30 Sentyabr 2020, 17:43
Nazir məktəblərdə hərbi hazırlıq dərslərinin keçirilməsindən danışdı

“Son dövrlərdə təhsil müəssisələrində hərbi hazırlıq üçün infrastruktur əsaslı şəkildə yaxşılaşıb”. 

 

AzEdu.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Təhsil nazir Emin Əmrullayev deyib. O bildirib ki, bu dərslərin keçirilməsi davam etdirilir. Nazirin sözlərinə görə, bu dərslər tədris planlarına uyğun aidiyyəti şəkildə davam etdiriləcək. 

 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, Hərbi  hazırlıq fənni X-XI siniflərdə tədris olunur: "Hətta uyğunlaşdıırlmış tədris planında hələ təcavüz olmayan vaxtda nəzərdə tutmuşduq ki, 2 saatdan biri mütləq əyani olmalıdır. X-XI sinif şagirdləri o dərsin birini mütləq məktəbdə keçməlidirlər. Bu qayda qalır”.(apa)

ŞOK - Ekrem İmamoğlu niyə həbs edildi?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox