Azedu.az

Təhsil naziri məktəblərin bağlanacağına dair fikirlərə aydınlıq gətirdi

1 Oktyabr 2020, 10:01
Təhsil naziri məktəblərin bağlanacağına dair fikirlərə aydınlıq gətirdi

"Son dövrlərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət yaxşıdır, bu da dərsi bərpa etməyə imkan verir".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

 

Onun sözlərinə görə, hamı dərslərin açılmasını istəyir: "Amma biz yalnız 2-4 həftə üçün proqnoz verə bilərik, sonrakı dövrdə necə olacağını proqnozlaşdırmaq çətindir. Ona görə də 2 həftə və ya 4 həftə sonra məktəb bağlanacaq kimi fikirlər səsləndirmək əsassız təşviş yaratmaqdır.

 

Növbəti mərhələdə 700 min şagird də əyani təhsilə cəlb ediləcək. Ümumilikdə tədrisə cəlb edilən şagird sayı 1 milyon 300 min olur".(apa)

Putin Trampın Ukrayna ilə bağlı təklifinə RAZILIQ VERDİ
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox