“Bu gün şagirdlərimiz təhsil sahəsində ciddi problemlərlə üzləşirlər”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Xəzər TV-nin “Birinci Studiya” verilişində səsləndirib.
O, son günlər koronavirusa yoluxmada azalmanın müşahidə edildiyini və bunun tədris prosesinə müsbət təsir göstərdiyini deyib:
“Mikroskopik düşmənimizə qalib gəlmək üçün təhsilli olmalı və gigiyenə qaydalarına əməl etməliyik. 28 sentyabrda ölkəmizdə 38 yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb.
Bizim uzun müddət ehtiyat etdiyimiz məqam məktəblər açılanda vəziyyətin ağırlaşması ilə bağlı idi. Lakin məktəblərdəki davranış mədəniyyəti, şagird və valideynlərin qaydalara əməl etməsi nəticəsində rəqəmlərin artmasının şahidi olmadıq”.
Qeyd edək ki, 15 sentyabrdan etibarən ölkəmizdə təhsil distant və əyani olmaqla hibrit formada başlayıb.