“DChoice” tərəfindən aparılan araşdırmalara görə insanların əksəriyyətinin pandemiya səbəbi ilə evdə öyrənmə metodu ilə yanaşı fərqli təlim modellərinə maraqlarının artdığı da bildirildi.
Bununla bağlı önümüzdəki aylarda pandemiya təhlükəsinin davam edəcəyi müddətdə insanların təlim prosesi zamanı üstünlük verməsi, eyni zamanda dünya ölkələrinin tədris prosesində tətbiq edilməsi gözlənilən bəzi təlim modellərinə diqqət yetirildi.
AzEdu.az bu təlim modellərini təqdim edir:
1.Meşə məktəbləri
Pandemiyadan əvvəl bəzi dünya ölkələrində xüsusi ilə məktəbəqədər təlim modeli olaraq görülən təbiət mühitində məktəblər, pandemiyadan sonrakı tədris prosesi üçün sosial məsafənin qorunması, stressiz, təbiət qoynunda bir təlim ortamı olması baxımından daha çox tətbiq edilməsi nəzərdə tutulacağı bildirilib.
2. Mikro məktəblər
K-12 modeli səviyyəsində tərkibi yalnız müxtəlif yaşlarda 12 şagirddən ibarət olan bu məktəb modelində ev və məktəbdə öyrədilən mövzular bir-birini izləyir. Həm ev, həm də məktəbdə keçirilən təlim prosesi bir-birinə uyğun şəkilədə qurulur.
3. Virtual dərəcə proqramları
Bəzi kollec və universitetlər pandemiya müddətində orta məktəb şagirdlərinə sonda diplom verilən onlayn təhsil proqramları təqdim etməyə başlayıb. Arizona Dövlət Universitetinin müqavilə bağladığı ASU Prep Digital proqramı, Arizonada yaşayan orta məktəb şagirdləri üçün ödənişsiz, Arizonadan kənardakilərə isə 7000 dollar məbləğində tam zamanlı onlayn təlim təqdim edir.
Hazırda dünya ölkələrində təhsil müəssisələrinin fəaliyyəti yavaş-yavaş bərpa edilir. Ancaq pandemiyanın fəsadlarının tam olaraq aradan qaldırılmasının zaman alacağı nəzərə alınaraq, bu metodların tətbiqinin dünya təhsil mühitinin diqqət mərkəzində olacağı düşünülür.
Azərbaycanda isə bu gündən etibarən postpandemiya səbəbi ilə yeni tədris ili üçün hibrid təhsil sistemi tətbiq edilir.