Azedu.az

Yeni tədris ilinə yeni məktəblərlə - FOTOLAR

Məktəblər

Maraqlı

10 Sentyabr 2020, 10:47
Yeni tədris ilinə yeni məktəblərlə - FOTOLAR

Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtda bir sıra məktəblərdə əsaslı təmir işləri aparılıb və yeni məktəb binaları inşa olunub.

 

AzEdu.az xəbər verir ki, onlardan biri də yeni tədris korpusunun rəsmi açılış mərasimi keçirilmiş 251 nömrəli tam orta məktəbdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yeni tədris korpusunun açılışı olmuş məktəb 1974-cü ildən fəaliyyətdədir. Məktəbdə 1700-ə yaxın şagird təhsil alır.

 

Şagird sıxlığının aradan qaldırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə məktəb üçün tikilmiş yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var.

 

Onu da qeyd edək ki, məktəbin şagirdləri uğurları ilə fərqlənirlər. Onlar Rumıniyada, Türkiyədə keçirilmiş müsabiqələrin qalibləri olublar.

 

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox