Azedu.az

Rusiyada orta məktəbdə 100-dən çox uşaqda rinovirus aşkarlandı

Məktəblər

Maraqlı

10 Sentyabr 2020, 09:59
Rusiyada orta məktəbdə 100-dən çox uşaqda rinovirus aşkarlandı

Rusiyanın Novqorod əyalətində A.İ.Qorev adına orta ümumtəhsil məktəbinin yüzdən çox şagirdi xəstələnib.

 

AzEdu.az xəbər verir ki, koronavirusun yayılmasının qarşısının alınması üzrə regional Operativ Qərargahın nümayəndələrinin bildirdiyinə görə, onlarda rinovirus aşkar edilib.

 

Qeyd edilir ki, məktəblilərdən və təhsil müəssisəsinin işçilərindən alınan materialların tədqiqatının ilkin nəticələri əldə edilib. Bağırsaq infeksiyasının mövcudluğuna dair şübhələrin olduğu xəstələrdə polimeraz zəncir reaksiyası ilə DNT müəyyənləşdirilib. Materiallar hazırda bakterioloji laboratoriyada təsdiqlənir və müəyyənləşdirilir.

 

“Kəskin respirator virus infeksiyası əlamətlərinin olduğu pasiyentlərdə rinovirus aşkarlanıb”, - xəbərdə deyilir. (Report)

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox