AZƏRBAYCAN MÜƏLLİMİ təhsil qrupu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Polad kimi Mübariz qəhrəmanlar" adlı məqalə müsabiqəsini elan edir.
Layihə rəhbəri: Tural Hüseynov ( Biləsuvar rayon A.Cürəli kənd tam orta məktəbin direktor müavini, AZƏRBAYCAN MÜƏLLİMİ təhsil qrupunun rəhbəri )
Təşkilatçı:
AZƏRBAYCAN MÜƏLLİMİ - Təhsil qrupu (facebook)
Edumarket - Təhsil və İnkişaf Mərkəzi
Təşkilati dəstək:
Biləsuvar Rayon Təhsil Şöbəsi
Hədəf Nəşrləri
İnformasiya dəstəyi:
AzEdu Təhsil Portalı
AzTehsil.com
TehsilXeber.com
Müsabiqənin şərtləri:
1. Müsabiqədə yalnız AZƏRBAYCAN MÜƏLLİMİ (facebook) təhsil qrupunun üzvləri iştirak edə bilər.
Əgər qrupa üzv deyilsinizsə aşağıdakı linkə daxil olaraq qrupa üzv ola bilərsiniz.
//www.facebook.com/groups/406185616748025/?ref=share
2. Məqalə yüksək elmi-metodiki səviyyədə yazılmalıdır.
3. Mövzu orijinallığı və yeniliyi ilə seçilməlidir.
4. Üslub və orfoqrafik səhvlərə yol verilməməlidir.
5. Məqalənin dili aydın və anlaşıqlı olmalıdır.
6. Məqalə Times News Roman şriftində, 14-lük ölçüdə, ən azı 1 ən çoxu 2 səhifə həcmində yazılmalıdır.
7. Müsabiqə 7 gün davam edəcək.
(08.09.2020 - 14.09.2020)
Müsabiqə qalibinə Hədəf Nəşrləri tərəfindən "General Polad Həşimov Xatirələrdə" kitabı ilə "Mübariz İbrahimov" haqqında kitab hədiyyə olunacaq, Edumarket Təhsil və İnkişaf Mərkəzi tərəfindən SERTİFİKAT veriləcək və qalib olunmuş məqalə AzEdu Təhsil Portalında, AzTehsil.com və TehsilXeber.com təhsil saytlarında, AZƏRBAYCAN MÜƏLLİMİ, Təhsil Forumu - 2020 təhsil qruplarında və digər təhsil qruplarında yayınlanacaq.
Yazdığınız məqaləni və özünüz haqqında məlumatı [email protected] ünvanına göndərə bilərsiniz.
Qeyd: Düzgünlük və şəffaflıq baxımından məqalələri yoxlayan təcrübəli ekspertimiz (Azərbaycan dili və ədəbiyyat müəllimi) AZƏRBAYCAN MÜƏLLİMİ qrupunun üzvü deyil və yoxladığı məqalə müəllifinin kimliyini bilməyəcək.
Şəffaflıq əsas prinsipdir.