Azedu.az

Ucarda məktəbin həyətyanı sahəsində yanğın olub

7 Sentyabr 2020, 16:07
Ucarda məktəbin həyətyanı sahəsində yanğın olub

Ucarda məktəbin həyətyanı sahəsində yanğın olub.

AzEdu.az-ın məlumatına görə,  bu gün rayonun Lək kəndində Rafiq Abbasov adına 1 saylı tam orta məktəbin həyətində güclü yanğın qeydə alınıb. Nəticədə ümumi sahəsi 2500 kvadratmetr olan sahənin 500 kvadratmetrlik narlıq ərazisi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və yaxınlıqdakı məktəb binası yanğından mühafizə edilib.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Fakt araşdırılır.(apa)

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox