Azedu.az

Yeni tədris ilinin əvvəlinə 47 məktəb binası istifadəyə veriləcək - SİYAHI

4 Sentyabr 2020, 17:09
Yeni tədris ilinin əvvəlinə 47 məktəb binası istifadəyə veriləcək - SİYAHI

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, onlardan 8-i yeni tikilən,  5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir.

 

2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək, onlardan 60-ı modul tipli məktəbdir.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox