COVID-19 pandemiyası şəraitində həyat uşaqlar və valideynlər üçün eyni dərəcədə çətindir.
Məktəbəqayıdış önəmli addım olsa da, həm uşaqların, həm də valideynlərin ağlında bir neçə sual formalaşır. Bu müddətdə sizi nələrin gözlədiyini və evinizdəki azyaşlı məktəblilərə necə dəstək ola biləcəyinizə dair lazımlı bilgiləri təqdim edirik:
Dünya üzrə məktəbəqayıdan şagirdlərin sayında artım olduğunu görə bilirik. Məktəbləri qapadan 134 ölkədən 105-i(78%) dərslərin yenidən açılma tarixini dəqiqləşdirib. Bu 105 ölkədən 59-da dərslər başlayıb.
Uşaqların məktəbə qayıtması güvənlidirmi?
Məktəblərin qapadılması və ya açılması koronavirusun yayılma sürətinə görə müəyyən olunur. Ümumiyyətlə məktəblərin açılması ictimai nəqliyyat və digər iş yerlərin də açılması ilə birlikdə baş verir.
Bu il məktəbə qayıtmaq siz və övladınız üçün hər zamankından fərqli hiss etdirəcək. Karantin şərtləri sərtləşdirilsə məktəblərin yenidən qapadılması gözləniləndir.
Virusun qarşısını almaq üçün məktəblərdə hansı tədbirlər görülməlidir?
Məktəblərin görə biləcəyi bəzi vacib tədbirləri bu cür sıralaya bilərik:
Məktəbin açılış və qapanış saatlarını qeyd etmək
Yemək saatlarını bildirmək
Sinifləri mümkün olduqca açıq havaya keçirmək
Sinifləri iki hissəyə ayırıb fərqli vaxtlarda dərs keçmək
Övladınız dərslərdən geri qalarsa nə etməlisiniz?
Dünyanın hər yerindən şagirdlər ənənəvi təhsilə davam etməyi nə qədər çox istədiklərini hər birimizə göstərdilər. Müəllimlərinin və valideynlərinin dəstəyi ilə onlayn dərslərə qatıldılar. Ənənəvi dərslər başlayanda bir çox şagird bilmədiyi mövzuları öyrənməyə səy göstəcək ki, proqramı tam mənimsəyə bilsin və geri qalmasın. Bir çox məktəb kompensasiya dərsləri keçməyi planlayır. Ehtiyac yaranarsa dərs tapşırıqları ilə bağlı cədvəl hazırlayaq övladınıza dəstək ola bilərsiniz. Evdə dəstəkləyici və qoruyucu mühit yaradın.