Şəmkir rayonunda yeni fəaliyyətə başlayan Şəmkir rayon Kimya- biologiya təmayüllü Respublika liseyi 2020/2021 tədris ili üçün Azərbaycan bölməsi üzrə 6-cı, 7-ci, 8-ci siniflərin şagirdləri üçün qəbul imtahanına onlayn qeydiyyata başlayıb.
AzEdu.az xəbər verir ki, liseydə təhsil almaq istəyən şagirdlər, aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat zamanı çətinlik yaranarsa, (050-628-72-25) nömrəsi ilə həftə içi 5 gün saat 08:00 -dan 17:00-dək əlaqə saxlanıla bilər.
Əlavə məlumat üçün qeyd edək ki, liseydə təhsil dövlət hesabına aparılır.
Liseyə qəbul “müsabiqə” (test imtahanı) yolu ilə aparılır.
Lisey siniflərində Şəmkir və digər rayon və şəhər ümumtəhsil məktəblərində təhsil alan şagirdlər təhsillərini davam etdirə bilər.
İmtahan fənləri;
6-cı siniflər - Azərbaycan dili, Riyaziyyat, Məntiq
7-ci siniflər - Azərbaycan dili, Riyaziyyat, Məntiq
8-ci siniflər - Azərbaycan dili, Riyaziyyat, Məntiq
Əlaqə nömrəsi: 050 628 72 25
//forms.office.com/Pages/ResponsePage.aspx?id=YAr8FHAQQkGfMRuUGHqWHyKq_ZlI4mpMhFtZJO5G6m5UQ1pNVDA5MFNBQlhURTFMRFpIWEU5SlRHVy4u