AzEdu.az xəbər verir ki, Təhsil Naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində 15 sentyabrdan universitetlərin distant formada başlayacağının anonsunu edib:
“Ali təhsil müəssisələri 15 sentyabrdan distant formada tədrisə başlayacaq. Oktyabrın 1-dən isə birinci kursların universitetlə tanışlıq üçün ənənəvi dərslərin başlamasını təklif edirik. 2 noyabr tarixindən vəziyyətdən asılı olaraq qərar fərqli verilə bilər”.