Azedu.az

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat bu tarixədək davam edəcək

Məktəblər

Məktəbə qəbul

26 Avqust 2020, 13:40
Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat bu tarixədək davam edəcək

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir.

 

AzEdu.az xəbər verir ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu //mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.

Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir. Qruplara məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2015-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Elektron sənəd qəbulu sistemindən istifadə üçün də ödəniş tələb olunmur.

 

Xatırladaq ki, elektron sorğu yerləşdirmə prosesi avqustun 18-də başlayıb və sentyabrın 14-dək davam edəcək.

 

 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox