Azedu.az

Kənd tam orta məktəbi üçün yeni bina inşa olunur

18 Avqust 2020, 11:23
Kənd tam orta məktəbi üçün yeni bina inşa olunur

Ağsu rayonunun Musabəyli kəndində tam orta məktəb üçün 132 yerlik ikimərtəbəli bina tikilir.

 

AzEdu.az xəbər verir ki, artıq ikinci mərtəbənin dam örtüyü vurulub.

 

Şəhid Mahmud Rəhimov adına Musabəyli kənd tam orta məktəb üçün təzə bina müasir standartlar səviyyəsində tikilir və burada tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait olacaq. Binada sinif otaqları, fənn kabinetləri, kompüter otağı, idman zalı, tibb otağı, həyətdə isə 2 idman meydançası, 2 su anbarı, qazanxana, transformator, sanitar qovşaqlar, yaşıllıq zolağı yaradılacaq.

 

Məktəb binasının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

 

Azərtac

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox