Azedu.az

Azərbaycanlıların yığcam yaşadıqları Marneulidə 8 yeni məktəb tikiləcək

17 Avqust 2020, 17:36
Azərbaycanlıların yığcam yaşadıqları Marneulidə 8 yeni məktəb tikiləcək

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yeni məktəblərin tikintisi və köhnələrinin təmir-bərpası davam edir.

 

AzEdu.az xəbər verir ki, Gürcüstanın Bələdiyyələrin İnkişaf Fondu hazırda Marneulinin Şulaveri kəndində müasir standartlara cavab verəcək yeni məktəbin tikintisini həyata keçirir.

 

Marneuli rayon bələdiyyəsinin və fondun nümayəndələri Şulaveri kəndinə gələrək tikinti işləri ilə maraqlanıblar. Eyni zamanda kənd ictimaiyyəti ilə görüş olub. Görüşdə bildirilib ki, fondun maliyyə dəstəyi ilə ölkə daxilində 59 yeni məktəb inşa edilir, 80-dən çox məktəbdə əsaslı təmir-bərpa işləri görülür.

 

Fondun maliyyəsi ilə Marneulidə ümumilikdə 8 yeni ictimai məktəbin inşası, 3 məktəbin isə tam əsaslı bərpası planlaşdırılır.

 

Yeni məktəblərdə müasir standartların tələbləri nəzərə alınacaq.(Azərtac)

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox