Azedu.az

Keniyada məktəblər koronavirusa görə gələn il açılacaq

Məktəblər

7 İyul 2020, 15:22
Keniyada məktəblər koronavirusa görə gələn il açılacaq

Keniyada ibtidai və orta məktəblər 2021-ci ilin yanvar ayında açılacaq.

 

AzEdu.az-ın məlumatına  görə, bu barədə Keniyanın Təhsil naziri Alberta Maqoxi “Twitter”də bildirib.

 

Onun sözlərinə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbi ilə belə bir qərar qəbul edilib.

 

“Məktəbəqədər təhsil müəssisələri, ibtidai və orta məktəblər yanvarda açılacaq. 2020-ci ildə ibtidai və orta təhsil haqqında attestatların əldə edilməsi üçün imtahanlar keçirilməyəcək”, - deyə nazir vurğulayıb.

 

A.Maqoxi qeyd edib ki, bütün imtahanlar gələn il keçiriləcək.

 

Xatırladaq ki, Keniyada indiyədək 8 067 yoluxma halı qeydə alınıb, 164 nəfər vəfat edib. Xəstəlikdən sağalanların sayı 2 414 nəfərdir.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox