Yerdəyişmə müsabiqəsində iştirak edən namizədləri narahat edən əsas məsələlərdən biri də uğur qazanan müəllimlərin əvvəlki iş yeri ilə bağlanan əmək müqaviləsinə nə zaman xitam verilməsidir.
AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, müsabiqədə vakant yer tutan şəxslərlə bağlanan əmək müqaviləsinə öz ərizələri əsasında sentyabr ayında xitam veriləcək.
Bu müəllimlərin əvvəlki iş yerlərində əlavə iki ay qalmaqla maaş almalarını da təmin edəcək.
Qeyd edək ki, yerdəyişmə müsabiqəsinin nəticələri iyun ayı ərzində bilinəcək.