Azedu.az

Təhsilini başa vurmayan 457 nəfər imtahanlardan uğurla keçib

Məktəblər

Maraqlı

13 İyun 2020, 14:08
Təhsilini başa vurmayan 457 nəfər imtahanlardan uğurla keçib

Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2019-2020-ci tədris ilində təşkil edilən eksternat imtahanlarında ümumilikdə 752 nəfər iştirak edib.

 

 AzEdu.az  xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, onlardan 457 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

 

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün 2019-2020-ci tədris ilində də eksternat qaydasında ənınəvi imtahan keçirilib. İmtahanlarda şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb və ibtidai təhsil səviyyəsi üzrə 3 (üç) şagird müvəffəqiyyət qazanıb.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox