“Yerdəyişmə müsabiqəsinin nəticələri iyun ayı ərzində bilinəcək”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
O, müsabiqədə rəqabətin güclü olduğunu vurğulayıb:
“Yerdəyişmə daimiləşmə və MİQ imtahanlarınından fərqlənir və burada rəqabət mühiti olduqca fərqlidir. Namizədlərin narahatlıqlarını anlayırıq. Nəticələr bu ay ərzində elan olunacaq”.