Azedu.az

Bu qədər uşaq I sinfə elektron qeydiyyatdan keçib - RƏSMİ

Məktəblər

Elm və Təhsil Nazirliyi

12 İyun 2020, 15:44
Bu qədər uşaq I sinfə elektron qeydiyyatdan keçib - RƏSMİ

2020-2021-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə martın 10-dan başlamış qəbul prosesi  www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

 

Bu günədək respublika üzrə ümumilikdə 136 644 uşaq I sinfə elektron qeydiyyatdan keçib. 126 860 nəfərin sorğusu tamamlanıb.  8647 nəfər tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul üçün müsahibəyə yazılıb. 777 nəfər isə liseylərə qəbul üçün sorğu yerləşdirib. 

 

Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi sentyabrın 14-dək davam edəcək.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox