Keçən ildən etibarən ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata əsasən, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir.
Məlumata görə, 2019-2020-ci tədris ili ərzində Bakıda 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.