Teledərslər iyunun 12-də başa çatmayacaq. İyunun 16-dan iyulun 17-dək yeni formatda efirlərdə yayımlanacaq.
Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 16-dan teledərslərin abituriyentlər üçün nəzərdə tutulan buraxılışına start veriləcək. Məqsəd qəbul imtahanlarına hazırlıq prosesində abituriyentlərə kömək etməkdir. Nazirlik “Dərs vaxtı” verilişini izləməyi tövsiyə edir.