“9-11-ci sinif şagirdlərinin dərslikləri qaytarması iyunun 15-30-u müddətində olacaq. Çünki həmin sinfin şagirdləri məktəbi bitirib gedə bilər”.
AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Orxan Abbasov deyib.
O bildirib ki, digər siniflər bu prosesi 1-15 avqust tarixində edəcəklər: “I-V sinfin şagirdləri isə dərslikləri 1-15 sentyabrdə təhvil verməli olacaqlar”.