Bakı şəhəri Nizami rayonundakı 251 nömrəli tam orta məktəb üçün 840 şagird yerlik əlavə korpus tikiləcək.
AzEdu.az xəbər verir ki bu, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında öz əksini tapıb.
Xatırladaq ki, Sərəncama əsasən, Bakıda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə əlaqədar 20 milyon ayrılıb. Bu vəsaitin 1 milyon 910 min manatı Nizami rayonundakı 251 nömrəli tam orta məktəbə 840 şagird yerlik əlavə korpusun tikilməsi üçün nəzərdə tutulur.