“Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları yumşaltmasından asılı olaraq, məktəblərdə tədrisin başlanması məsələsinə baxılacaq”.
AzEdu.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında bildirib.
V.Qasımov Operativ Qərargahın aprelin 27-dən etibarən tətbiq edəcəyi yumşaltma qərarlarında fəaliyyətinə icazə verilən qrup halında məşğələlərdə 10 nəfərdən çox şəxsin iştirakının yolverilməz olduğunu bildirib.
Nazir müavini qeyd edib ki, qarşıdakı epidemik göstəricilərdən asılı olaraq məktəblərdə tədrisin başlanması məsələsinə baxılacaq.