“Həm onlayn, həm də offlayn imtahanlar keçirilə bilər”.
AzEdu.az xəbər verir ki,bu fikri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbazsadə onlayn mətbuat konfransında deyib.
O, onlayn və offlayn imtahan formasına aydınlıq gətirib.
“Onlayn o deməkdir ki, şagirdlər evdən qoşularaq imtahanda iştirak edə bilər. Lakin bu zaman onlayn imtahanların həyata keçirilməsi üçün lazım olan tələblər- qurğulara proqram yüklənilməsi, kəsilməz internet və s. onların öz öhdəsinə düşür.
Offlayn imtahan zamanı isə şagirdləri biz dəvət edib, kompüterləri, avadanlığı biz özümüz təmin edirik.
Lakin bu məsələlər hələlik müzakirə olunur. Ölkədə olan imkanlar araşdırılır. Biz çalışacağıq nə dərəcədə mümkündürsə, həyata keçirək”.
Qeyd edək ki, imtahan qrafikləri yaxın 10 gün ərzində ictimaiyyətə elan olunacaq.