Azedu.az

"Boş məktəb"- "Hədəf"dən məktəb üçün darıxan müəllim və şagirdlərə ithaf -Təsirli video

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

16 Aprel 2020, 15:25

“Səhər 08:00..

İndi burada şagirdlər uca səslə himn oxuyardı. İndi uşaqlar yarışaraq qaçardı və kimsə “ yavaş qaç, a bala, yıxılarsan”  deyirdi”

Məktəbin canlı mənzərəsini göz önündə canlandıran bu cümlələr indi darıxan müəllimləri və şagirdləri ifadə edir.

AzEdu.az xəbər verir ki, Hədəf STEAM Liseyi  “Boş məktəb” adlı maraqlı videoçarx hazırlayaraq tədris üçün darıxan liseyin müəllim və şagird kollektivinə ithaf edib.

Videoçarxda liseyin müasir dizaynlı sinif otaqları, rəngarəng güşələri və şagirdlərin dincəlməsi, kitab oxuması üçün istirahət məkanları da öz əksini tapıb. Şagird və müəllimlər olmadan liseyin əsl vəzifəsinin yarımçıq qaldığı göstərilir.

“Bir aydır, məktəblər boşdur... Siniflər səssiz, zənglər susubdur... Əşyalar da darıxır insanlar kimi... Dibçəkdəki güllər də solmaqdadır... Amma Günəş hər gün doğur... Ümid yaşayır, yaşayacaq da..”- sözləri ilə hər şeyin daha yaxşı olacağı da vurğulanır.

Video sosial şəbəkələrdə və “Youtube” kanalında maraqla qarşılanıb.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox