Serbiyada koronavirus təhlükəsi ilə əlaqədar bağlanmış təhsil müəssisələri iyundan etibarən əvvəlki rejimə qayıda bilər.
AzEdu.az xəbər verir ki, bu barədə Serbiyanın Təhsil naziri Mladen Şarşeviç məlumat verib.
O deyib ki, şagird və tələblər artıq iyundan təhsil müəssisələrinə dönə bilərlər. Serbiya təhlükəsizlik baxımından buna tam hazırdır.