Azedu.az

Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər

2 Aprel 2020, 19:11
Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər

“Şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır”.

 

AzEdu.az-ın məlumatına görə bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciətində deyib.

 

O qeyd edib ki, elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır: “Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox