Azedu.az

Lisey direktoru 140 valideynə onlayn iclas keçirdi

1 Aprel 2020, 17:19
Lisey direktoru 140 valideynə onlayn iclas keçirdi

Hədəf STEAM liseyinin direktoru f.ü.f.d., dos. Şəmil Sadiq martın 25-də liseydə təhsil alan bütün valideynlərin və balabilgələrin ailəvi iştirakı ilə onlayn iclas keçirib.

 

AzEdu.az xəbər verir ki, “Microsoft Teams” proqramı üzərindən təşkil olunan iclasa 140 nəfər qoşulub və onlayn dərslər, şagirdlərin dərslərə hazırlığı, dərslərin cədvəli, ev tapşırıqları, onlayn dərslərdə davranış qaydaları barədə canlı müzakirələr aparılıb.

 

Valideynlər lisey direktoruna suallarını birbaşa ünvanlayıb və qaranlıq qalan nüanslara aydınlıq gətirilib.

 

Təqribən saat yarım davam edən iclasda növbəti mərhələdə lisey-şagird-valideyn münasibətlərinin qırılmazlığının bu mərhələdəki önəmi bir daha vurğulanıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox