Azedu.az

Onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verilməyib

1 Aprel 2020, 10:47
Onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verilməyib

Təhsil Nazirliyi şagirdlər üçün onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verməyib.

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu gün bəzi müəllimlər öz evində müəyyən proqramlardan istifadə edərək şagirdləri üçün onlayn dərslər keçir:

"Amma bununla bağlı tapşırıq verilməyib. Onlayn dərs keçmək müəllimlərin özünün şəxsi təşəbbüsüdür".

 

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox