“Sertifikasiya yalnız 5 il müddətində fəaliyyət göstərən müəllimlərə şamil olunur. Bu müddətdən az işləyən müəllimlərin imtahanda iştirakı təmin edilməyəcək”.
AzEdu.az xəbər verir ki, bu fikirləri İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib. O qeyd edib ki, nəzərdə tutulan imtahanda müəllimlər özlərini sınamaq məqsədilə iştirak edə bilməz.
“ Özünü sınamaq və s. məsələlər üçün imtahanda iştirakdan söhbət gedə bilməz. Bu qanunvericiliyə ziddir. Konkret olaraq müəllimlərə sertifikasiya imtahanında iştirak üçün çağırış göndəriləcək”.
O həmçinin bildirib ki, bu il 2020-ci ildə müəllimlərin mərhələli şəkildə sertifikasiyadan keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, əgər müəllim 2018-ci ildə MİQ müsabiqəsində iştirak edərək fəaliyyətə başlayıbsa, o yalnız 2023-cu ildə sertifikasiyadan keçməlidir. Uğur qazanmayan müəllimlərə isə bir il müddətində yenidən iştirak şansı yaradılacaq.