"2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq".
Hazırda direktor və müəllimləri maraqlandıran əsas məsələ müəllimlərin sertifikasiyasıdır.
Qanunvericilik, xüsusilə də Əmək Məcəlləsi onlara təkrar sertifikasiya şansının veriləcəyini deyir. Təkrar sertifikasiyadan keçmək üçün müəllimlərə nə qədər vaxt veriləcək?
Təhsil naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı hesabatda bildirdi ki, növbəti aylarda qaydalar təsdiq ediləcək.
Sertifikasiyadan bütün sistemdəki müəllimlərin mərhələlərlə keçməsi nəzərdə tutulur. Məqsəd müəllimin inkişafını təmin edib onu stimullaşdırmaqdır. Nəticədə göstəriciləri çatmayan, zəif olan müəllimlər üçün əlavə imkanlar yaradılacaq təlimlər təşkil olunacaq”.
AzEdu.az məlumat verir ki, bu barədə həmçinin Təhsil haqqında qanunun 36.2-ci maddəsində qeyd olunub. Maddəyə görə, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən sertifikatlaşdırmadan keçirlər.
Sertifikatlaşdırmadan keçənlərin 5 il dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ var.
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyənlər təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
Bunun üçün onlara 1 il vaxt verilir. Həmçinin, 1 il ərzində iş yeri saxlanılır.
Təkrar sertifikatlaşdırmada iştirak etməyənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.