Azedu.az

Fuad Qarayev dünyanın ən nüfuzlu ali məktəbinə qəbul olunan məktəblidən yazdı

15 Mart 2020, 10:32
Fuad Qarayev dünyanın ən nüfuzlu ali məktəbinə qəbul olunan məktəblidən yazdı

Bu barədə Fuad Qarayev öz facebook hesabında paylaşım edib.

AzEdu.az həmin paylaşımı təqdim edir:

“Bu çox, ancaq çox gözəl xəbərdir!!!

Son günlərdə Covid-19 ilə əlaqədar dərslərin təxirə düşməsi ilə təhsil ictimaiyyəti məyus olmuşdur. Ancaq sizə çox gözəl xəbərimiz var.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11 ci sinif şagirdi  yəni Abutalıb Namazov - informatika fənni üzrə beynəlxalq Jautıkov olimpiadasının qızıl medal mükafatçısı, riyaziyyat fənni üzrə JBMO-nın gümüş medal mükafatçısı ( ümumilikdə respublika olimpiadalarında 6, beynəlxalq olimpiadalarında 8 medal qazanıb) dünyanın ən nüfuzlu ali məktəbi MIT-dən (Massachussets Institute of Technology) qəbul almışdır.
Abutalıbı, onun valideynlərini və müəllimlərini təbrik edirik!!!”

 

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox