Xəbər verdiyimiz kimi DİM 2020-ci ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahanların və tədbirlərin tarixlərini açıqlayıb.
AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən 2020-ci ilin mart ayı keçiriləcək imtahanların və ərizə qəbulunun dəqiq tarixlərini təqdim edir.
9 illik təhsil bazasında buraxılış və kolleclərə qəbul imtahanın birinci mərhələsi (Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Ağstafa, Qazax, Tovuz, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə,Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran)- 9 mart.
Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 5-ci sinfinə qəbul imtahanı- 9 mart
Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulunun başa çatması- 11 mart
9 illik təhsil bazasında buraxılış və kolleclərə qəbul imtahanın birinci mərhələsi (Şəmkir, Gədəbəy, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Balakən, Zaqatala, Qax,Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Xüsusi məktəblər-Bakı*) -15 mart
Dövlət qulluğuna elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən qəbul imtahanı-15 mart
Ali təhsil müəsissələrinin bakalavriat səviyyəsinə ərizə qəbulunun başlanması (I-V qruplar)- 16 mart
11 illik təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanması- 16 mart
TOEFL imtahanı- 28 mart
9 illik bazada kolleclərə qəbul imtahanı I mərhələ (əvvəlki illərin məzunları üçün)- 29 mart
9 illik bazada kolleclərə qəbul imtahanında buraxılışda verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (I mərhələ)- 29 mart
9 illik bazada kolleclərə qəbul imtahanını buraxılışda verdiyi dildən fərqli dildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) (I mərhələ)- 29 mart
9 illik orta təhsil bazasında, I mərhələ (eksternat qaydasında imtahan verənlər üçün)-29 mart