Təhsil Nazirliyində Azərbaycanda oxuyan əcnəbi tələbələrin iştirakı ilə Xocalı faciəsinə həsr olunan tədbir keçirilib.
AzEdu.az-ın məlumatına görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi əcnəbi tələbələrin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasıdır.
Tədbirdə əslən Xocalıdan olan, Corc Vaşinqton Universitetinin magistri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Nərmin İbrahimova və ABŞ-ın Sirakuz Universitetinin fəlsəfə doktoru, ADA Universitetinin müəllimi Gülməmməd Məmmədovun yaddaş hekayəsi dinlənilib.