AzEdu.az mütəmadi olaraq abituriyentlərin suallarını rəsmi quruma istinadən cavablandırır.
Həmin suallardan birini təqdim edirik.
Sual: Cavab kartında sualın cavabını səhv qeyd etdim. Ağardıcı işlətməyə icazə verilmədi.Səhvimi necə düzəldə bilərdim?
Cavab: Sualları cavablandırarkən karandaşdan istifadə etmək olar. Əgər abituriyent səhv edirsə, qeyd etdiyi cavabı silərək düzəliş edə bilər.
DİM-dən verilən məlumata görə bir neçə ildir, abituriyentlərə imtahanda karandaşdan istifadəyə icazə verilir. Bu barədə abituriyentlərin “Yaddaş kitabçası”-nda məlumat qeyd olunub. Lakin açıq tipli tapşırıqlar yoxlanılanda skan edildiyindən keyfiyyətli oxunması üçün qələmlə yazılmalıdır.
Məlumat üçün bildirək ki, açıq tipli tapşırıqlarda tapşırıqların həlli yolları yazılmalıdır. Birbaşa qeyd olunan cavablar düzgün sayılmır.