Azedu.az

Zaqatalada 10 gün əvvəl itkin düşmüş şagird tapıldı

12 Fevral 2020, 22:10
Zaqatalada 10 gün əvvəl itkin düşmüş şagird tapıldı

Zaqatalada itkin düşən rayon sakini tapılıb.

AzEdu.az  "Report"a  istinadən  xəbər verir ki, rayonun Qəbizdərə kənd sakini, 2004-cü il təvəllüdlü Qardaşov İmran İlqar oğlu tapılıb.

Məlumata görə, 16 yaşlı məktəbli Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, İ.Qardaşov fevralın 2-də itkin düşüb.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox