Azedu.az

 Soyuq hava şəraiti məktəblərə necə təsir göstərib?-Nazir müavini açıqladı

Məktəblər

11 Fevral 2020, 17:30
 Soyuq hava şəraiti məktəblərə necə təsir göstərib?-Nazir müavini açıqladı

 

 “Təhsil Nazirliyinə məktəblərimizdə istilik probleminə dair  xəbər daxil olmayıb.  Nazirliyin  xüsusi yaradılmış qrupları belə problemləri vaxtında həll edir”. 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Sabahın alimləri” IX Respublika müsabiqəsinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, qarlı hava şəraiti məktəblərdə şagirdlərin davamiyyətinə təsir göstərməyib.

“Məktəblərdə istilik problemi Nazirliyin xüsusi yaradılmış komissiyasi tərəfindən vaxtında həll edilir. Qarlı hava şəraitinə gəldikdə isə deyə bilmərəm ki, bu, şagirdlərin dərsə davamiyyətinə heç təsir göstərmir, amma  dərslərin dayandarılması üçün də ciddi bir  zəruriyyət yaratmır. Təbii ki, iki-üç şagird dərsə gəlməyə bilər, bu, hər zaman baş verir”.

Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsi riyyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilib.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox