Azedu.az

Məktəblilər qüvvələrini sınayıb

Məktəblər

9 Fevral 2020, 16:21
Məktəblilər qüvvələrini sınayıb

Ağstafa Rayon Təhsil Şöbəsinin dəstəyi və  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Köçəskər kənd 1 nömrəli tam orta məktəbində  2 fevral- Gənclər Gününə həsr olunmuş “karate-do” idman növü üzrə uşaq və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

 

AzEdu.az xəbər verir ki, 6-7, 8-9, 10-11, 12-13 yaş qruplarında keçirlən birincilikdə Qazax,Tovuz, Ağstafa rayonlarından Köçəskər, Göycəli, Tatlı, Qaçaq Kərəm kənd məktəbliləri 7 komanda olmaqla, ümumilikdə 70-ə  yaxın  idmançı  iştirak edib.  İdmançılar  4 yaş qrupunda, 12 çəki  dərəcəsində  qüvvələrini  sınayıblar.

 

Qalib gələn komandalar diplom və medalla təltif olunublar. (Azərbaycan Müəllimi)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox