Azedu.az

Məktəblilər Heydər Əliyev Mərkəzində

6 Fevral 2020, 11:56
Məktəblilər Heydər Əliyev Mərkəzində

Yasamal rayonunda yerləşən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

AzEdu.az xəbər verir ki, adı çəkilən rayon ərazisindəki Mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olan şagirdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat alıblar. Bələdçilər məktəbliləri  maraqlandıran sualları cavablandırıblar. 

Sifai SƏFƏROVA (Azərbaycan müəllimi)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox